Yayılnış və insanların çoxunun inandığı iddiaya görə, koronavirus pandemiyası milyonlarla insanın vücuduna izlənilə bilən mikroçip yerləşdirmək üçün bilərək ortaya atılıb. Bu işin arxasında isə “Microsoft”un qurucusu Bill Qeyts var.
Amma dünyada “peyvənd mikroçipi” deyə bir şey yoxdur və Bill Qeytsin gələcəkdə belə bir layihəsi olduğuna dair heç bir dəlil tapılmayıb. Bill və Melinda Vəqfi BBC-yə verdiyi açıqlamada iddiaları təkzib edib.
Fərziyyələr mart ayında Bill Qyetsin verdiyi açıqlamadan sonra yayılmağa başlandı. Qeyts kimilərinin sağaldığını, kimilərinin testdən keçirildiyini, kimilərinin isə peyvənd olunduğunu göstərən “rəqəmsal sertifikat” ola biləcəyini irəli sürdü, amma mikroçiplərdən bəhs etmədi.
Bundan sonra “Bill Qeyts koronavirusla mübarizə üçün mikroçipdən istifadə edəcək” başlıqlı yazı dərc olundu. Yazı Qeyts Vəqfinin dəstəklədiyi peyvənd layihəsinə işarə edirdi. Layihə insanların peyvənd bilgilərinijn xüsusi mürəkkəblə inyeksiya edilərək dəri səthində saxlanmasını təmin edən texnologiya ilə bağlı idi. Amma bəhs edilən texnologiya daha çox mikroçipə deyil, görünməz döyməyə bənzədilə bilər.