"Ümid edirəm ki, 2020-ci ilin sonunda bu peyvənd ilk növbədə tibb işçiləri və yüksək risk qrupunda olan insanların istifadəsinə veriləcək. Dekzametazon dərmanı da virusa yoluxmuş şəxslərin ölüm riskini azaldır"
Medicina.az xəbər verir ki. bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, ilk bir ayda virus 100 min insana yayılmışdısa, bu gün son sutkada yoluxma 180 min nəfər olub:
“Koronavirusa qarşı bir çox peyvəndlər hazırlanır. Bir peyvənd artıq sınağın son mərhələsindədir".