Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus pandemiyasının dayandırılmasının şərtləri - Bioloq danışır

  • 2020.03.19 14:41
  • 1233 Baxış
Koronavirus pandemiyasının dayandırılmasının şərtləri -   Bioloq danışır
Biologiya elmləri doktoru, professor A. Baranova koronavirus epidemiyasının sonunu təyin edəcək iki amil barədə danışıb.

Onun sözlərinə görə, birinci amil virusun təkamül prosesidir.


"Bilirik ki, yeni “evində” (“ev” burada virusa yoluxmuş insandır) virus zəifləyir. Biz bundan əvvəlki viruslar, o cümlədən koronavirusda da bunu müşahidə etmişik. Yarasa virusu insana yoluxdu, insandan insana yoluxma zamanı isə virus mutasiyalarla müşayiət olunur və bu mutasiyalar virusu zəiflətməyə meyllidirlər. Virusun təkamülü onun insanlarla çox və ya az birlikdə yaşaya bilməsini təyin etmək üçün baş tutur. Bu virus hələ bizə uyğunlaşma mərhələsindədir. Daha nə qədər davam edəcəyi bilinmir . İkinci isə immunitet amilidir. Yəni, peyvəndləmə prosesidir.”

Baranovanın dediklərinə görə, əhalinin təxminən 70 faizi koronavirusa yoluxduqdan sonra, insanlarda virusu dəf etməyə qadir olan antikor təbəqəsi görünəcəkdir ki, bu halda artıq infeksiya belə kütləvi olmayacaq. Hər kəsdə bu xəstəliyə qarşı immunitet yaranacaq.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı Çindən yayılan COVID-19 coronavirus infeksiyasının pandemiya olduğunu elan edib. Son məlumatlara görə isə, dünyanın təxminən 160 ölkəsində 200 mindən çox insan bu virusa yoluxmuşdur. Onlardan səkkiz mindən çoxu xəstəlik nəticəsində ölüb.