Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus pandemiyasının 4 dalğası olacaq - Bizi yaxın 5 ildə nələr gözləyir?

  • 2020.10.20 17:56
  • 2357 Baxış
Koronavirus pandemiyasının 4 dalğası olacaq  - Bizi yaxın 5 ildə nələr gözləyir?

Hazırda bir çox alimlər yoluxmanın pik dövrü olan indiki payız dövrünü pandemiyanın ikinci dalğası qəbul etsə də, bir çoxları bununla razılaşmır.


Medicina.az xəbər verir ki, Liverpul Universitetinin alimləri dünyada pandemiyanın 4 mərhələdə olacağını açıqlayıb və hər mərhələnin öz xüsusiyyətləri, nəticələri olacaq.

Birinci dalğa: 2020-ci ilin ilk 6 ayını əhatə etdi. Dünya virusa hazır deyildi, səhiyyə yükləndi, tibbi personalda itki çox oldu, avadanlıq, dərman çatışmadı.

İkinci dalğa: Təcrid və karantin hazırlaşmağa imkan yaratdı. Lakin koronavirusla yanaşı digər xroniki xəstəlikləri ağırlaşanlar çoxaldı. Əhalinin bir qrupu karantin dövründə qazandığı problemlərlə xəstəxanalara axışır.

Məsələn, pandemiya onkoloji və ürək xəstələrini ikinci plana atdığından bu xəstələr arasında ölüm və ağırlaşma halları çoxalıb. Ekspertlər bildirir ki,1 il davam edən karantinin insan səhhəti və səhiyyəyə vurduğu ziyan hələ uzun illər özünü göstərəcək. Xəstəliklərin erkən diaqnostikası gecikir, vərəm yayılır.

Üçüncü dalğa: Koronavirusun ikincili təsiri, ağırlaşmaları və orqanizmdə qalıcı yan təsirləri, bunun nəticəsində yaranacaq yeni problemlər. Alimlər bildirir ki, xəstəlik təzə olduğundan hələ ki, həkimlər nə ilə qarşılaşacağını bilmir.


Koronavirusdan sağalmış xəstələr uzun müddət səhhətləri ilə bağlı problemlər yaşayacaq və həkimlər bunun koronavirusun təsiri olduğunu anlamalı, diaqnozu düzgün tapmalı və buna yanaşma fərqli olmalıdır.
2021-ci ildə xroniki xəstəliklər cavanlaşacaq, 1-2 dəfə koronavirusu keçirib sağalmış xəstələr başqa-başqa simptomlarla həkimlərə müraciət edəcək. Bununla da tibbin post pandemiya dövrü başlayacaq.

Dördüncü dalğa: depressiyalar, psixi pozuntilar, iqtisadi krizdən yoxsulluq, bir qədər aclıq və buna bağlı olaraq insanlarda üzülmə, zəiflik, immunitetin düşməsi

Bİr çox koronavirus xəstələri artıq nevroloji və psixoloji problemlərdən əziyyət çəkir. Təbii ki, yoluxanların sayı artdıqca bu sıra daha da genişlənir. Psixiki problemlərin həllinə isə illər lazım gələcək.

  • Xəstəxanaların, polilklnikaların koronavirusla başı qarışdığı bir vaxtda uşaqların peyvəndi aşağı düşəcək, az qala unudulacaq. Bu da 5-10 il sonra ciddi xəstəliklər partlayışına səbəb olacaq

  • Yaxın 5 ildə gec diaqnoz olunmuş və ya vaxtında müalicə almadığı üçün onkoloji xəstələrin sayının artacağı gözlənilir. Eləcə də pandemiya stresi və immun zəiflik bəzi insanlarda bu xəstəlikləri üzə çıxaracaq.

  • Ürək-damar xəstəliklərindən ölüm yaxın 5 ildə rekord həddə çatacaq. Bunda da koronavirusun birbaşa rolu olacaq.

  • Bir sözlə, yaxın 5 ildə həkimlər psixikası pozulmuş insanlar və xroniki xəstəliklərlə uğraşmalı olacaq.



Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.