Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus palata və çarpayılarda 5 gün yaşaya bilir – ALİMLƏR

  • 2020.06.09 17:28
  • 3804 Baxış
Koronavirus palata və çarpayılarda 5 gün yaşaya bilir    –   ALİMLƏR

Böyük Britaniyanın virus DNT-si üzrə institutunun alimləri koronaviruslu xəstələrin gətirildiyi xəstəxanaların palatalarında, əşyalar və çarpayılar səthində virusun nə qədər yaşaya bilməsini dəqiqləşdirib.

Onlar xəstəxana çarpayılarında xəstə olmadıqdan sonrakı 5 gün ərzində də virus hissəcikləri aşkarlayıblar.
Son elmi araşdırma palatalarda virusun 10 saatdan 5 günə kimi qaldığını sübut edib.

Medicina.az xəbər verir ki, elmi məqalə “Xəstəxana infeksiyaları” dərgisində çap olunub.

Tədqiqatda məqsəd virusun xəstəxana şəraitində nə qədər sürətlə yayılması və neçə müddət canlı qalması barədə dəqiq informasiya almaq idi.

Alimlər virusun DNT-sini özündə birləşdirən, süni virus nümunəsini (hansı ki, insanları yoluxdurmur) otaq bitkisi və suda yerləşdirərək, izolə olunmuş palataya qoyurlar.



Daha sonra 5 gün ərzində həmin virusun palatanın digər sahələri və əşyalara nüfuz etməsi, yayılmasını yoxlayıblar.
Məlum olub ki, 10 saatdan sonra virus otağın 41%-ni əhatə edib, qapı dəstəyi, çarpayı ucları, hətta kitabların da üzərinə çöküb. 3 günə bu faiz 59%ə çatıb.

Alimlər bu araşdırma ilə səthlərə toxunmağın və əlləri yumamağın nə qədər təhlükəli olacağını göstərib. Ona görə də əşyalara təmasdan yoluxmayacağınızı düşünmək yanlışdır.


Xəstəxana şəraitində virus ən çox xəstələrin oturduğu miz, çarpayı, müayinə çarpayısı və prosedur kabinetlərində yayılır.