Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı ümidləndirici açıqlama verib.
Medicina.az xəbər verir ki, ÜST baş direktoru Tedros Adanom Gebreisus koronavirusun nəzarət edilməsi mümkün olan qlobal infeksiya olduğunu deyib.
O, Cenevrədə diplomatlara verdiyi açıqlamada “əgər ölkələr virusla mübarizə üçün tədbir görərlərsə, COVID-19-a nəzarət etmək mümkündür” deyib.
Gebreisus bəzi ölkələrin zəruri tədbirlər görməməsindən narahatlıq yarandığını qeyd edib.