Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus nədən yaranıb və onu nələr məhv edir? – Tanınmış azərbaycanlı alim gizlinləri açdı - MÜSAHİBƏ

  • 2020.07.16 21:45
  • 39356 Baxış
Koronavirus nədən yaranıb və onu nələr məhv edir?  – Tanınmış azərbaycanlı alim gizlinləri açdı - MÜSAHİBƏ


Dünyanı cənginə alan koronavirus pandemiyası barədə bir çox alimlər, professorlar elmi əsaslandırılmış məlumatlar çatdırır.


Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani koronavirusun necə bir maddədən ibarət olması və nələrdən məhv edilə biləcəyini açıqladı.

Medicina.az professorla özəl müsahibəni təqdim edir.


- Professor, bir çox alimlər yeni koronavirusun davranışını və insana təsirini izləyərək, onun çox ağıllı bir proqrama malik virus olduğunu bildirir. Bu virus nədən ibarətdir, tərkibi nədir, canlıdır, cansızdır? Bu barədə elm nə deyir?


- Bu mövzuda mən də aylardır tədqiqat aparıram. Dünyaca məşhur Con Hopkins və Harvard universitetitlərinin alimləri arasında koronavirusun canlı və ya cansız olması barədə mübahisələr gedir.
Hopkins əvvəl deyirdi ki, korona yaşayan, diri, canlı bir şey deyil. Harvard deyir ki, bu virus insan orqanizminə keçəndə yaşayan bir şeyə çevrilir. Yəni genetik kodu dəyişir. Amma canlı bir virusdur, ya deyil, hələ də sual altındadır. Göründüyü odur ki, bu virus çox ağıllıdır, mürəkkəbdir, sirli varlıqdır.

Koronavirusun şəkilini çəkmişəm və mikroskop altında da çəkilən rəsmində görünür: kürə formalı, kiçik tac kimi çıxıntıları olan bir “bədəndən” ibarətdir.

Virusun əsas hissəsi, içərisi, molekulu dəyişik proteinlerdən ibarətdir: Onun ətrafını örtən xarici qişa isə lipiddir (yağdir). Bu virus RNA-dan təşkil olunub. Onun DNA-sı yoxdur. Bu dəyişik protein parçaları insana yad molekul deyil əslində.

Virus ağız, burun, gözün selikli qişasından içəri keçən kimi genetikası dəyişir, selikli qişaya bu lipid tərkibli çıxıntıları ilə sıx yapışır.




Bu virus lipid (yagdan) və proteindən ibarət olduğu üçün ancaq parçalanıb əriyə bilər. Onun əriməsi də hərarətə, temperatura bağlıdır.

Koronavirus əslində çox zəif və aradan gedəndir. Onu qoruyan qat lipid tərkibli yumşaq, yağlı maye kimidir. Bu qatı hər hansı sabun, köpük yaxşı aparır.


20 saniyə sabunla əlləri bir-birinə möhkəm sürtmək şərtilə virusun lipid qatı əriyə bilər.

Ona görə bu epidemiya dövründə istər səthləri, istər geyimi, əlləri bol köpüklə isti su ilə sürtmək lazımdır.


35 dərəcədən 40 dərəcəyə qədər isti su və sabunla hər bir şeyi sürtərək yusanız,
20 saniyəyə koronavirus məhv olacaq.


- Bəs müxtəlif dezinfeksiyaedicilər, spirt, araq kimi məhlullar bu lipid qatı parçalaya bilirmi?


- Spirt 65 faizdən gərək yuxarı olsun. 40 dərəcəlik araq, içki boş sözdür,təsir etmir.

Ağardıcı yuyucu maddələr, xlor tərkibli təmizləyici maddələr ile silsək onlar da virusun yağını, proteinini içəridən dağıdar.

Əşyaları xlorlu və ya oksigenli (ozonlu) suda saxlasaz kömək edir.
Peroksid də virusun proteinini məhv edir.

Peroksid təmiz halda dəriyə, selikli qişaya zərər vurar, gərək bir miqdar su ilə qarışdıraq.

Heç vaxt geyimləri mələfələri, yorğan döşəyi, üstümüzə örtdüyümüzü, parçaları, dəsmalları istifadə edib- etməməyinizdən asılı olmayaraq, çırpmayaq. Dəyişəndə, yumağa aparanda büküb ehmalca 60 dərəcə suda sabunla, ya paltartuyan maşında yumalıyıq. Onları quru halda çırpmaq olmaz. Çünki virus parçalarda, paltarlarda qalır. Çırpdıqda bizim burnumuza keçə bilər.

Virus 3 saat havada qalır, diqqət yetirməsək, ola bilər burnunuza, agzimiza çöksün.

Koronavirus soyuq sistemlərdə, kondinsioner havası, maşının içində çox qalır. O, rütubət, nəmişlik sevir. Qaranlığa ehtiyacı var. O yerlərdə ki, rütubət, gün işığı düşmür, orda çox yayılır.

UVÇ lampaları virusun proteinlərini dağıdır. UVÇ işıqları hansı ki, xəstəxanalarda var, ondan istifadə edə bilərik.

Sirkə 100-də 100 təsir etmir. Bir əşya gərək sirkənin içində çox qalsın ki, virusun lipid qatını əritsin.
Açıq yer, yelçəkən, havalandırılmış, 25%-dən cox gün düşən yerdə az qalar.
Dırnaqlarımızı tutmalıyıq, uzun dırnağın altını yumaq olmur, orda virus qala bilər.

- Əgər virus ağzımız, burnumuza keçərsə, ona qarşı effektiv tədbirlər hansılardır?

- Burunu, boğazı duzlu, sirkəli su ilə qarqara edib və yuyun. Şprisə bu məhlulu çəkib burunu dərindən yuyun. Aptekdə hazır antiseptik məhlullar var boğaz üçün , onları istifadə edə bilərsiz.

- Virusu bədəndə öldürmək üçün gün çıxdıqda günün altında gəzmək qaralmaq effekt verərmi?

- Əlbəttə ki. Çox əladır. Gündə yarım saat gəzmək, hava vannası almaq lazımdır. Evə qapanıb, pərdələri çəkib gizlənmək zərərlidir, qaranlıq virusu artırır və bu yanlışdır. Adam olmayan yerdə gəzmək olar.

Bulvarın bağlanması da düzgün olmadı. Ora insanları buraxmaq olardı, 2 metr məsafəni saxlamaqla. Günəşin altında olun. İdman edin, hərəkət edin. Amma çox günəşin altında qaralmaq da dəri xərçənginə səbəb ola bilər. Çünki havanın günəşdən qoruyucu qatı azalıb.

Yaşlı insanlara küçəyə çıxmaq olmaz deyirlər. 2 metr arada məsafə olsa, adam olmayan yerdə gəzsə, niyə olmasın. Yaşlı adamları evə qapadıb, həbsdəki kimi saxlamaq onlara fayda verməz.

- Bəs virusun pH balansı neçədir? Və orqanizmə düşdükdən sonra onu necə məhv etmək olar. Virusa qarşı təsirli qidalar hansıdır?

- Virusun pH balansı 5,5-8,5 kimidir.
Bu pH-a uyğun olmayan qidalanmaq lazımdır.

Virusun lipid qatını əridən turş yeməklərdir: turş limon, avokado, sarımsaq, ananas,kivi, portağal.
İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim qidalar isə bunlardır.






- Papaya –ən çox vitamin C mənbəyi bu meyvədədir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Qüvvətli əzələ kütləsi artırır, A, B, fol turşusu var.

- Sarımsaq, soğan – soyuqdəymə, iltihab, viruslu xəstələr xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.

- Yaşıl çay – flavonoidlərlə zəngindir. Və Epigallocoachin gallete BUNA (AGCG) deyirlər, çox qüvvətli antioksidandtdır.

Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay isə fermentə ve oksidə olmur, nəticədə immuniteti qaldırır. L tiamin isə mədə və mədəaltı vəzidə somatoestatinin hasilinə (ifrazina)kömək edir. Bu təsirlə mədəaltı vəzidən qaynaqlanan insulin hasilini tənzimləyir.

- Brokkoli – kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklər, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeməlisiz. Sərbəst radikalları zərərsizləşdirir.

Ağciyərlər, döş qəfəsində infeksiyanı aradan qaldıraxda, damarların təmizlənmasine komakedir
Kollagen yaradır, sümüklərimiz, dərimiz üçün vacibdir.

- Zəncəfil – iltihab əleyhinə təsir edir. Boğaz ağrısı, badamcıqların iltihabını, sümük ağrısını azaldır. Qusmaya, ürəkbulanmaya qarşı təsirlidir. Toksinləri çıxarır. Xolesterolu salır, İmmuniteti qaldırır. Viruslara qarşı davamlı edir.

- İspanaq – kalsium, maqnezium, dəmir A vitamini, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir. Küküdə isə çox az odda, xəfif bişirilməlidir.

- Sitrus meyvələr – malyariyada, virus xəstəliklərində orqanizmə kömək edirlər. Oksedativ stresi aradan qaldırırlar.

- Qırmızı bolqar bibər - ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Xərçənglə mübarizə aparır.

- Alma – fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsaqda probiotik təsir göstərir.

Bilirsiz ki, bağırsaqlarımızda 80 milyard faydalı bakteriyalar var. Onları çoxaltmaq lazımdır. İmmuniteti da onlar qaldırır. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.

- Ən gözəl yeməklərdən biri çox enerji verən tutlardır. Xar tut, qırmızı tut, ağ tut – çox vitaminlidir. C vitamini ilə zəngindir, antioksidant təsir edir. Diabet xəstələri də istifadə edə bilər, şəkəri çox deyil. Soyuqdəymədə, iltihaba xeyirlidir.

- Sarıkök – anti iltihabi təsir edir. Amma keyfiyyətli sarıkök qara istiotla bir yerdə qəbul olunmalıdır. Bu təsiri 17 qat artırır.

- Professor, bəs özünüz bunları qəbul edirsizmi ?

- Əlbəttə. Mən bunları yeməsəm, 14 saat elmi və tibbi təcrübədə işləyə bilmərəm. Kişi ağzından nə qida keçirsə odur. Ona görə Azərbaycanda insanlar 40 yaşından şəkər, ürək xəstəlikləri ilə mübarizə aparır.

Bədəndə yağ, piy artır, 30 yaşından çoxu şikəstliyə doğru gedir, bunu bilmirlər. Amerikada əgər 100-də 50 xəstədə təzyiq, diabet varsa, Azərbaycanda bu 100-də 55-dir. Mənim ordakı xəstələrimin coxunda yüksək təzyiq və diabet var.

Bir də insanlar gecələri gərək yaxşı yatsınlar. Ən azı 7-8 saat yuxu. Keçmişdə hamı günortadan sonra bir az yatardılar. Sonra buna dedilər ki, tənbəllikdir. İndi elm əksini sübut edib ki, günortadan sonra 45 dəqiqə yuxunu almaq insanın immunitetini qaldırır. Hər kəs gərək fürsəti varsa, günorta 1 saat yatsın.

- Bəs bir çox mənbələr deyir ki, virusa qarşı ət yemək lazımdır, yağ, quyruq. Bunlar zülal və proteindir. Bunlara fikriniz necədir?

- Allah etməsin, quyruq, piy nədir? Əsla. Bunları dilimə vurmaram. 18 il bundan qabaq məqalə yazmışdım. Orda deyirdim: sağlamlıq üçün 4 şeydən uzaq durun: duz, şəkər, ət və yağ.

Səbzələrdən istifadə edin. Bitkilərdən protein alın. Xərçəng, diabet, təzyiq yağdan, ətdən qaynaqlanır.

Həftədə 2 dəfə balıq dərisiz, 1 dəfə də dərisiz toyuq yeyə bilərsiz. Bunlar ya suda bişməlidir, ya da yağsız qrildə. Qoyun, sığır, xüsusən quyruq ürəyi dağıdır, damarları tutur.

Əgər ət tavada, ya közdə bişib, üzəri qızarıb, qaralarsa, onun toksini bağırsaqlarda 100% xərçəng yaradacaq. Necə ki, siqaretin qara tüstüsü ağciyərdə xərçəng yaradır, ət də elə. Qarındakı şişlərin səbəbi odur. Ətdən çox az istifadə etmək lazımdır.


- Bir türk həkim deyirdi ki, koronavorusun qənimi kəllə-paça, xaşdır. Onu yeyəndə virus yaxın gəlməz və bir çoxları da onun sözünə əməl edir.

- Qızım, vallah, bunlar düzgün fikirlər deyil. Virus hara, xaş hara? Kəllə paçanın yağı çoxdur. Virus əksinə səthi yağlıdır, yağdan xoşu gəlir. Yağ onu qidalandırır. Amma kəllə-paçada kollagen çox olduğu üçün sümük və qığırdaqlara yaxşı təsir edir. Kollagen dərinin cavan qalmasına kömək edir.
Virusu aradan götürən turşudur, sitrusdur, səbzədir.

- O zaman sirkəni suya qatıb içə bilərikmi?

- Hər gecə bir qaşıq alma sirkəsi suda həll edib, içə bilərsiz. Mədə-bağırsağa yaxşı təsir edir. Virusa bir o qədər yox.

Əgər mən deyənlərə hər gün az-az əməl edib, bu qeyd etdiklərimi qəbul etsəz, inşallah bu pandemiyadan sağlam, salamat çıxarıq.


Aygün Musayeva



KORONAVİRUS ORQANİZMƏ DÜŞDÜKDƏN SONRA ORQAN VƏ SİSTEMLƏRDƏ YARATDIĞI DƏYİŞİKLİK VƏ FƏSADLAR

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.