Avstraliya alimləri artıq yeni koronavirusun insan otqanizminə ideal şəkildə uyğunlaşıb, adaptə olmasını xəbər veriblər.
Medicina.az xəbər verir ki, Flinders universitetindən professor Nikolay Petrovskiy qeyd edib ki, COVID insan
hüceyrələrinə çox möhkəm birləşir və asanlıqla doğmalaşır. Ona görə qısa müddətdə dünyada 5 milyondan çox yoluxan var.
Alimlər canlı orqanizmlər arasında koronavirusa ən davamlı canlıları analiz ediblər və məlum olub ki, bu koronavirusa ən yüksək yoluxma insandır, nəinki yarasa.
Alimlər bildirir ki, adətən tarix boyu insan orqanizminə hücum edən yeni viruslara müəyyən qədər vaxt və mübarizə lazım olur ki, evolyusiyaya uğrasın, amma koronavirus sanki insana ideal şəkildə oturur. Bütün bu məqamlar bu virusun süni yaradılması və məhz insan üçün icad olunduğunu deməyə əsas verir və şübhələr yaradır.
Bundan öncə Çin alimləri də koronavirusu “Aysberqin görünən zirvəsi” adlandırıb, bu virusu laboratoriyada daha dəqiq və ciddi öyrənəcəklərini bildirmişdilər.