Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus kimlər üçün daha təhlükəlidir? ÜST rəsmisi

  • 2020.04.02 17:30
  • 2604 Baxış
Koronavirus kimlər üçün daha təhlükəlidir?  ÜST rəsmisi

Koronavirus diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün daha təhlükəlidir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge videobrifinq zamanı deyib.

Onun sözlərinə görə, diabet xəstələrində COVID-19 daha ağır formada keçir və daha ciddi fəsadlara gətirib çıxarır:

“İtaliyada hər üç xəstədən biri diabet və digər xroniki xəstəliklərdən (xərçəng və ya respirator xəstəliklər) əziyyət çəkib”.

Ekspert onu da əlavə edib ki, artıq çəkidən əziyyət çəkən şəxslər də koronavirusdan daha çox zərər çəkə bilər.