Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus keçirənlərin yarıdan çoxunun psixologiyası çökür – Nevroloq

  • 2021.05.15 16:01
  • 1604 Baxış
Koronavirus keçirənlərin yarıdan çoxunun psixologiyası çökür  – Nevroloq


Həkimlər koviddən sonra xəstələrin psixoloji, nevroloji durumu ilə bağlı həyəcan təbili çalır.

Kovid xəstələrinin istər xəstəxanada, istər evdə müalicə zamanı təcrid olunub, ölüm və xəstəlik qorxusu keçirməsi və təşviş beyin və psixoloji durumda dərin izlər qoyur.

Medicina.az xəbər verir ki, ÜST Rusiya şöbəsinin eksperti, həkim psixiatr Vladimir Mendeleyev kovidin bədənə fiziki təsirlərindən çox, beyin və psixoloji duruma zərər vurduğunu deyib.

Kovid xəstələri sağalandan sonra koqnitiv pozulmalar müşahidə edilir, məsələn, informasiyanı gec qəbul edib dərk edir, adi bir şeyi çox fikirləşib deyir, beyni sanki tormozlanır, dumanlı olur.

Bu hallar 10 gündən artıq davam edərsə,birinci nevroloqa müraciət etməlidir və beyin üçün dərman müalicəsi almalıdır.


Əgər depressiya, psixoz, panik ataklar varsa, o zaman nevroloq yox, psixiatr və psixoterapevtə müraciət etməlisiz.
Əsasən həssas, təşvişli, nevroz insanlar koviddən sonra dərin psixoloji sarsıntı durumuna düşürlər.