Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus keçirənlər hərəkətsiz qalmamalıdırlar - Həkim

  • 2021.05.27 13:12
  • 1451 Baxış
Koronavirus keçirənlər hərəkətsiz qalmamalıdırlar -  Həkim
Koronavirusa yoluxan insanlar hərəkətsiz qalmamalıdır.

Medicina.az xəbər verir ki, kardioloq Bahadır Şarlı koronavirusun ürəyə təsiri barədə danışıb:

“Sinəsinin ortasında basqı, ağrı və yanma kimi şikayəti olan, yaxın zamanda koronavirusa yoluxmuş insanlar diqqətli olmalıdır. Xəstəlik əlamətləri olarsa tez bir zamanda həkimə getməlidirlər. Koronavirus səbəbi ilə 'miyokardit' adlanan ürək əzələsi iltihabı yarana bilər. Bu halda ürəkdə zəiflik və yetərsilik ortaya çıxır. Bu cür durumlarda xəstələrdə nəfəs darlığı və ürək ritim pozuntuları şikayətləri olur”.

“SABİT QALMAMALI”

"Ayaq damarlarında laxtalanma, daha sonra bu laxtalanmanın ürək yolu ilə ağciyər damarına ilərləməsi nəticəsində ölümcül ağciyər embolisi halları ilə daha çox qarşılaşmağa başladıq. Amma müalicəsi aparıldığı zaman çətin olmayan bir xəstəlikdir. Koronavirusu keçirmiş insanların xüsusilə hərəkətli olmalarını, sabit qalmamalarını və qan sulandırıcı dərmanları bir neçə ay istifadə etmələrini məsləhət görürük”.

“GƏNCLƏRDƏ DƏ RASTLANILA BİLƏR”

"İnsanlar koronavirus səbəbi ilə xəstəxanaya gəlməkdən qorxurlar. Buna görə də müalicələrini gecikdirirlər. Şəkər xəstəliyi, təzyiq və siqaret istifadəsi də risk faktorudur. “Yaşım azdır” deyə heç kim özünü ürək problemlərindən uzaq tutmamalıdır. Vaxtında müayinə olunmaq lazımdır. Xəstələrə isti havalarda 11.00 ilə 15.00 saatları arasında küçədə gəzməməyi məsləhət edirik”.