İsveçdə yeni 2019-nCoV koronavirusuna yoluxma hadisəsi aşkarlanıb.
Medicina.az Report-a istinadən xəbər verir ki,İsveçin İctimai Səhiyyə Agentliyi hadisəni Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında qeydə alıb.
Qeyd edilir ki, qadın pasiyentdir. O, yanvarın 24-də Çinin Uhan şəhərindən səfərdən qayıdıb.
Hazırda o, infeksiya xəstəxanasının təcridxanasındadır.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Son məlumatlara görə, Çində 11,1 min nəfər koronavirusa yoluxub, 259 nəfər ölüb.