Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus insanın əsəb sistemini məhv edir - ALİMLƏR

  • 2020.06.13 15:27
  • 1534 Baxış
Koronavirus insanın əsəb sistemini məhv edir  - ALİMLƏR


COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir.


Medicina.az xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analiziləri göstərib ki, xəstələrin təxminən 50 faizində COVID-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.