BMT-nin koronavirus vaksini ilə bağlı əməkdaşlıq görüşündə qurumun rəhbəri Antoniu Qutteriş çıxışında bunları deyib:
“Məncə insanlara koronavirusa qalib gəlməyin yeganə yolunun səyləri birləşdirmək olduğunu bir daha demək yersizdir. Çünki Covid 19 bütün dünyanın insanlarına və iqtisadiyyatına təhlükədir.
Bu gün dünyada virusdan ölənlərin sayı 1 milyonu ötüb. İndi bir çox ölkələrdə ikinci dalğanın əlamətləri görünür və yoluxanlar artır. Təhlükə işıq sürəti ilə yayılır. Həftəyə 2 milyon yoluxma çox yüksəkdir. Halbuki pandemiya başlayanda aya 100.000 rəqəm belə olmurdu.
Hazırda hər ölkənin milli marağı testlərin, müalicə və gələcəkdə vaksinin bütün əhali üçün əlçatan olmasını təmin etmək olmalıdır”