Türkiyədə koronavirus sürətlə yayılmaqda davam edir.
Son məlumatlara görə, ölkədə artıq 15 polis işçisi virusa yoluxub.
Onlardan ikisi polis rəisidir.
Koronavirusa yoluxan polislərin 10-u İstanbul, digərləri isə Sakarya, İzmir, Samsun və Rizədə xidmət edənlərdir.
Öskürək, hərarət və halsızlıqla xəstəxanaya çatdırılan hüquq-mühafizə işçilərinin vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Türkiyədə 5698 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.