Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirus heyvanların üsyanı və insanlardan qisasıdır” – Ekstrasens Mehdidən ŞOK

  • 2020.03.28 18:33
  • 4844 Baxış
“Koronavirus heyvanların üsyanı və insanlardan qisasıdır”  – Ekstrasens Mehdidən ŞOK


“Ekstrasenslərin yarışı” yarışmasının qalibi, İran əsilli ekstrasens Mehdi koronavirusla bağlı özünün maraqlı açıqlaması ilə gündəmə səs salıb.




Medicina.az xəbər verir ki, o videomüraciətində koronavirusun səbəbini öz analiz və öncəgörücülüyünə əsasən belə izah edib.

“Mən illərdir sosial şəbəkələrdə insanları heyvanlara zülm etməməyə çağırıram. Son illər belə videolar, hadisələr çoxalmışdı. İnsanlar vəhşi dövrdəkindən də betər heyvanlara qənim kəsilmişdi, itlər, pişikləri, digər ev heyvanlarını çox incidirdilər.

Koronavirus qısaca olaraq deyim: Heyvanların üsyanı və qisasıdır.
Burda siyasi, iqtisadi məqamlar da var, amma bu ikinci məsələdir.

Mən 1 il öncəki kitablarımda, müsahibələrimdə qeyd etmişdim ki, yer üzündə yeni xəstəlik olacaq, o qripə çox bənzəyəcək, amma nə quş qripidir, nə donuz.

Bundan sonrakı illərdə də heyvanlardan insanlara viruslar keçəcək.

Youtubda baxın, Çində, Asiyada canlı, diri heyvanları- pişik, it, siçan, gəmirici, ilanların dərisini hələ diri-diri soyurlar. Heyvan müqavimət göstərməsin deyə, əvvəl onun başına çəkiclə vururlar, beyni silkələnir. Sonra isə dərisini çıxarırlar. Heyvan 20 dəqiqə dəhşətli ağrılar hiss edir. Məhz bu cəhənnəm əzabı içində heyvanın bədənində, orqanizmində virus yaranır, hansı ki, insan üçün xəstəlikdir. Bu, insanlığa sığmaz zülümdür.

Deməyin ki, toyuq, mal-qara, qoyun da kəsilir, xeyr. İslam qaydalarına uyğun kəsilən heyvan diri –diri ağrı, zülüm çəkmir. Bİz ət yeməliyik, amma onu qaydalara uyğun kəsməliyik.

Koronavirus illərdir heyvanlara həm Çində bazarlarda, qida sektorunda, həm də ayrı-ayrı ölkələrdə vəhşi xarakterli insanların öz həzzi naminə verdiyi zülmün qisasıdır”.