Kovid insanlar arasında olan infeksiyalar sırasında öz yerini tutdu. O da qrip və respirator viruslar kimi daim bizimlə olacaq.
Medicina.az xəbər verir ki, bunu Rusiyanın tanınmış həkimi Myasnikov bildirib.
“Şübhəsiz ki, kovidlə yaşamaq üçün hər il vaksini təkrarlamaq lazımdır. Yeni ştamlar gəldikcə, yeni forma vaksinlər də olacaq. Ona görə, əhalini vaksinə alışdırmaq lazımdır. Maskadan tam azad olmaq barədə danışmaq üçün hələ tezdir.
Yaxın gələcək barədə dəqiq məlumat vermək çətindir. Mən özüm də gözləmə mövqeyindəyəm. Gələcək planlar revaksinasiyadan asılı olacaq. Mən əminəm ki, dünya heç vaxt pandemiyadan əvvəlki rahatlığa qayıtmaq çətin olacaq. Bunun üçünsə hər kəs vaksin olunmalıdır”.