Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus heç yerə itməyib, daha da əzazil olur – Həkim

  • 2023.10.12 15:26
  • 1565 Baxış
Koronavirus heç yerə itməyib, daha da əzazil olur  –  Həkim

Alimlər hesab edir ki, pandemiyanın ləğvi o demək deyil ki, koronavirus yoxa çıxıb. Rəsmi olaraq, ÜST 2023-cü ilin mayında pandemiyanı ləğv edib.


“Medicina” xəbər verir ki, həkim Aleksandr Solovyevun fikrincə, kovid və onun yoluxuculuğu zəifləməyib.

“Koronavirus təkamül olmağam davam edərək, daha patogen variantlara hazırlaşır.

3 il ərzində alimlər və həkimlər virusun funksiyasına, orqanizmə təsirini müşahidə edirı Bu sinir, ürək-damar, endokrin sistemlə əlaqəlidir.

Çox xəstələr lonq-kovid deyilən, uzunmüddətli xroniki vəziyyətlərlə üzləşir, orqan və toxumalarda iltihabi proseslər müşahidə edilir.

Ona görə də koronavirusla bağlı həyəcan azalmayıb, Omikron və alt variantlarının təhlükəsi davam edir.

Hazırda Rusiyada və dünyada yenilənmiş vaksin yoxdur, vaksinasiyaya da tələbat azalıb. İnsanlar pandemiyadan əvvəlki həyata qayıtmaq istəyir, amma bunun mümkün olmadığını anlamaq istəmirlər.

Yeni vaksinə ehtiyac var, çox güman iiə, 2024-cü ilin əvvəlinə kütləvi vaksinasiyaya başlayacağıq”.
Hazırda Rusiyada hər həftə yeni varianta yoluxanlar artır, 39 regionda xəstəxanaya yerləşdirilənlər artıb.

Aygün Musayeva