Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus epidemiyasına görə dərman qıtlığı və bahalıq olacaq – BBC

  • 2020.03.07 17:40
  • 3172 Baxış
Koronavirus epidemiyasına görə dərman qıtlığı və bahalıq olacaq  – BBC

Dünyanın ən iri dərman təchizatçısından biri olan Hindistan ceneriki 26 adda dərman və vasitənin ixracını dayandırır.

Onların arasında parasetamol, antibiotiklər, eritromisin, tinidazol, progesteron hormonu və B 12 vitamini də var.
Tibbi ekspertlər epidemiya ilə bağlı dərmanlarda defisit olacağını gözləyir.

Medicina.az BBC-ə istinadən bildirir ki, məhdudiyyətlər koronarivusla bağlı tədbirlər planı ilə bağlıdır. Belə ki, Hindistanda olan şirkət və zavodlar 70% Çindən asılıdır. dərmanların inqridiyentlərini Çindən alırlar.

Əgər Çin və Hindistan dərman bazarı var gücü ilə çalışmasa, bütü dünya dərman çatışmazlığı ilə üz-üzə qalacaq. Gözlənilir ki, defisit ciddi bahalaşmaya da gətirib çıxaracaq.