ABŞ-da aparılan araşdırmaya görə, koronavirus testləri günortadan sonra, ilk saatlarda daha düzgün nəticə verir.
Medicina.az xəbər verir ki, araşdırmada insanların bu saatlarda daha çox koronavirusa yoluxduqları bildirildi. Araşdırma 30 min PCR testi üzərində aparıldı. Nəticələrinə görə ən çox saat 14:00-da COVID-19-a yoluxma olur.
Ötən il mart və iyun ayları arasında ABŞ-ın Nashville bölgəsində 30 min PCR testinin nəticələri araşdırılıb. Belə ki, 24 saat içərisində test nəticəsinin pozitiv çıxması üçün ən doğru saat 14:00 olaraq müəyyən edilib.
Mütəxəssislər günortadan sonra, ilk saatlarda virusun yoluxuculuq miqdarının arta biləcəyini qeyd ediblər. Onlar virusun simptomlarının və digər insanlara yoluxmasının 24 saatlıq müddətində dəyişə biləcəyini bildiriblər.