Avropa Dərman Agentliyi (EMA) COVID-19 əleyhinə peyvəndin ən yaxşı halda 2021-ci ildə hazırlanacağını elan edib.
“Peyvəndin nə vaxt hazırlanacağını təxmin etmək çətindir. Avropa Dərman Agentliyi mövcud təcrübəyə əsaslanaraq hesab edir ki, COVID-19-a qarşı vaksinin istifadə üçün təsdiqlənməsinə və geniş həcmdə istehsalına minimum bir il vaxt lazımdır”, - agentliyin açıqlamasında qeyd olunub.
Hazırda Avropa Dərman Agentliyi koronavirus əleyhinə vaksin hazırlayan 33 istehsalçı ilə danışıqlar aparır.