COVID-19 pandemiyası iki ilə qədər davam edə bilər.
Bunu ABŞ-da Minnesota Universiteti İnfeksion Xəstəliklər Araşdırma Mərkəzinin alimləri bildiriblər.
Onların sözlərinə görə, xəstəlik 2022-ci ildən sonra da müəyyən fasilələrlə müşahidə edilə bilər.
Mütəxəssislərin fikrincə, dünya əhalisinin üçdə ikisi yoluxub sağalmayınca, virusa nəzarət edə bilməyəcəklər. COVID-19-a yoluxmanın bəzi hallarda simptomsuz davam etməsi isə əlavə təhlükə adlandırılıb.
Tədqiqatçılar dünya hökumətlərini yaxın gələcəkdə pandemiyanın sona çatmayacağına və yaxın iki ildə yenilənmiş güclə yayıla biləcəyinə hazır olmağa çağırıblar.