Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus dəridə 11 saat yaşaya bilər

  • 2020.10.12 10:47
  • 1635 Baxış
Koronavirus dəridə 11 saat yaşaya bilər
Aparılan araşdırmalarda koronovirusun insan dərisi üzərində nə qədər qaldığı müəyyən edilib.

Medicina.az xəbər verir ki, araşdırma koronovirusla qripi müqayisə edərək aparılıb. Belə ki, qrip dəridə təxminən 2 saat, koronavirus isə 9 saat qalır. Əllərimizi təmizləməsək, virus nə qədər çox olarsa, ətrafa yayma ehtimalı da artar.

Araşdırmada həmçinin, asqırarkən ya da öskürərkən virusun dəridə nə qədər qaldığı da müəyyən edilib. Mütəxəssislər, bu müddətin 11 saata qədər davam etdiyini açıqlayıb. Məsələn, əgər virusu simptomsuz daşıyıb, maskadan istifadə etmirsinizsə, əlinizə öskürdüyünüz və ya asqırdığınız zaman virus toxunduğunuz yerlərə yayıla bilər. Bu qarşınızdakı insanı yoluxdurmaq demək deyil. Belə ki, yoluxdurmaq üçün virus yükünün yetəri qədər olması və həmin şəxsin virusu da gözünə, ağzına, burnuna toxunaraq alması lazımdır.


Əllərimizi yumağın önəmli olduğunu qeyd edən mütəxəssislər sadəcə 5 nəfərdən 1-nin buna diqqət etdiyini vurğulayıblar. Həkimlər bildirirlər ki, lazımsız yerə əlləri dizenfeksiya etmək olmaz: "Viruslar dəridən yoluxmaz, yayılmasına səbəb olmaz. Burada əsl məsələ, əlimizi ağzımıza, gözümüzə, burnumuza toxundurmamaqdır”.