Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus demensiya və epilepsiya halları yaradır - ALİMLƏR

  • 2022.08.23 15:14
  • 1522 Baxış
Koronavirus demensiya və epilepsiya halları yaradır  - ALİMLƏR


Oksford universitetinin alimləri koronavirusun beyinə bağlı ciddi xəstəliklər yaradacağını açıqlayıb.


"Medicina" xəbər verir ki, Oksford universitetinin alimləri kovidə yoluxmağım beyində risklər yaratdığını sübut edib.

Dünyada 1 milyon insanı əhatə edən meqaanaliz ortaya acınacaqlı nəticələr qoyub.

Nəticələr göstərib ki, Covid demnensiya, epilepsiya, psixoz və koqnitiv pozulma, beyin dumanlanması hallarını artırır.

Nyu-Yorkdan olan reabilitasiya üzrə alim Devid Putrino bildirib ki, apardığı elmi araşdırma kovidin neyropsixiatrik təsirini üzə çıxarıb.
Kovid keçirənlərdə bu risklər daha çoxdur, nəinki heç keçirməyənlərdə.


Alimlər bildirir ki, kovid hələ cəmiyyətdə dövr edir, pandemiyanın beyin fəsadları 10 illər sonra üzə çıxacaq.

Aygün Musayeva