"İnsan orqanizmində bir çox sistemlər var. Tənəffüs, ürək, mədə-bağırsaq, nevroloji sistem, qan damar sistemi.
Bədənimizin hər sahəsində, hər orqanın öz damarları var, damar sistemi həmin orqanı qidalandırır. Bilməli olduğumuz budur ki, kovid tək bir yox ,bütünlükdə multisistem zədələyicidir. Sadəcə damar sistemini zədələyir, xəstəni trombdan öldürür demək doğru deyil. Əsas tənəffüs sistemini tutarkən ağciyərlərdə yaranan problem alveolların bərkiməsidir, buna ``buzlu şüşə goruntusu`` deyirik. Halbuki orda fiziki olaraq heç bir buz, şüşə yaranmır".
Medicina.az xəbər verir ki, invaziv radioloq, professor Ahmet Memiş kovid virusunun damar daxilinə necə təsir etməsi mexanizmini açıqlayıb:
"Alveollar tutulduqda, oksigenin qana daxil olması, karbonun bədəndən xaric edilməsi mümkünsüz hala gəlir, ağciyərlərin elastikliyi azalır. Ağciyərlərə hər nəfəs alış verişimizdə iki litrə yaxın hava girib çıxır. Biz o hava sayəsində bədəndəki kirli qanı təmizləyirik. Ağciyər bərkləşincə kifayət qədər hava daxil olmur, pis havanın da atılması mümkün olmur.
Koviddən sonra kəskin insultlarla xəstələr gəlir. Damar sistemində öldürücü endotelit, vaskulit baş verir.
Endotel damarın iç divarıdır, hansı ki, axan qanla birbaşa təmas edir. Bu səthdə iltihab olduğu zaman damar divarı pozulur. Tromblar da bu zaman yaranır. Damar divarı çox parlaq, tərtəmiz, sürüşkən olmalıdır. Damarın endotel qatı o qədər hamar düzgün olmalıdır ki, trombositlər damar divarına yapışıb orda tromb əmələ gətirməsin.
Əslində vaskulitlər öncədən də çox sayda bəzi xəstəliklərdə həmişə olub. Təkcə koviddə baş verməz.
İpək yolu boyu dediyimiz Türkiyə, Azərbaycan, İran kimi bölgələrə xas olan spesifik vaskulitlər var. Güman edilir ki, bu bölgədə vərəm xəstəliyi aktiv olduğu üçün vaskulitlər də çox yaranıb. Vaskulitlərin çoxunun səbəbi bilinmir.
Təcrübəmiz göstərir ki, kovid vaskulitinin digər vaskulitlərdən fərqli damarda endotelit dediyimiz sahədə iltihab yaratmasıdır.
Kovid təkbaşına heç bir fəsad buraxmadan keçib gedə bilər. Amma bəzi insanlarda, daha çox yaşlı və kişilərdə damar sistemini daha çox tutur. Bir həftə içində 3 xəstəm gəldi, kovid sonrası beyin boyuk damar tromblasmasi nəticesinde insult keçirib. Bəzi xəstələrdə beyindəki kiçik damarlar tutulmuş olub. Bu həqiqətən neyrovaskulyar problemdir. Kovid həkimləri çox təəccübləndirdi, çox ağıllı bir virusdur".