Son günlər koronavirus xəstələrinin daha çox 7-8ci gün ağırlaşıb, artıq stasionar klinika müalicəsinə gətirilməsi statistikası artır.
Medicina.az xəbər verir ki, Rusiyalı stasionar həkimlər aprel-may aylarına nisbətən bu dəfəki xəstələrin daha qısa müddətə ağırlaşdığını bildirir.
“Koronavirus çox qısa müddət davam edir. İnsan yoluxandan 3-7 gün sonra əlamətlər başlayır, ilk əlamətdən sonrakı günlər xəstəliyin gedişi hesab olunur. Ümumi 14 gün çəkir. Bu 14 günün içində ən təhlükəlisi 6-7-8-ci gün hesab edilə bilər. Son günlər evdə qalan xəstələrin məhz 7-8-ci gün birdən ağırlaşdıqlarının və xəstəxanaya müraciət etdiklərinin şahidi oluruq”.
Hərarətin qalxması infeksion xəstəliklərdə orqanizmin müdafiə mexanizmidir.
Xəstələr hərarətin heç 38 dərəcəyə qalxmasına imkan verməyərək tez-tez qızdırmasalıcılar qəbul edir. BUnunla da sanki virusun daha dərinə getməsinə qapı açırlar.
Yüksək temperaturda endogen interferon sintez olunur, məhz bu interferon virus əleyhinə təsir edir. Ona görə hərarəti tez salmaq səhvdir. Qızdırmasalıcı yalnız hərarət 39-a çatdıqda istifadə oluna bilər.