Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub.
Medicina.az xəbər verir ki, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Məsudə Səfərəliyeva bu gün COVID-19-dan vəfat edib.
O, riyaziyyat fənnini tədris edib.
Xatırladaq ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova da ötən gün koronavirusdan dünyasını dəyişib.