Şimali Kipr Türk Respublikasındakı (ŞKTR) xəstəxanalardan birinə müraciət edən xəstənin koronavirusa yoluxması ehtimalı var.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ŞKTR-nin Səhiyyə Nazirliyi rəsmiləri 74 yaşlı xəstənin müşahidə altında olduğunu bildirib.
Nazirlik rəsmiləri Türkiyəyə göndərdikləri test nəticələrinin cavabından sonra açıqlama verəcəklərini qeyd ediblər.
Xəstə Dubayda çinlilərlə birgə qatıldığı turdan sonra vəziyyətinin pisləşdiyini bildirib. O, hazırda yerləşdirildiyi xəstəxanada qarantinadadır.