Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus birbaşa mədə-bağırsaq sisteminə təsir edir - Səhiyyə nazirliyi eksperti

  • 2022.03.16 15:56
  • 2191 Baxış
Koronavirus birbaşa mədə-bağırsaq sisteminə təsir edir  - Səhiyyə nazirliyi eksperti
Kovid həzm sistemində ciddi dəyişikliklər yaradır.


Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin “Instagram” hesabındakı canlı yayımında deyib.


Həkim bildirib ki, koronavirusa yoluxanda istifadə edilən dərmanlar mədə-bağırsaq sisteminin florasını pozur.

“Xüsusilə antibiotiklərin müalicədə çox istifadə olunması mədə-bağırsaq sisteminin pozulması ilə müşahidə edilir. Ona görə də mütləq bu hallar baş verən zaman həkimə müraciət edilməlidir” - o deyib.