Türkiyəli mütəxəssis Sadrettin Pençe koronavirusun ötən bir il ərzində 12 min mutasiyaya uğradığını deyib.
Medicina.az xəbər verir ki, koronavirusun genetik xəritəsinin ilk dəfə yayımlandığı 2020-ci ilin yanvar ayından bəri, bütün dünyada aparılan tədqiqatlar nəticəsində virus üzərində təxminən 400 min bütöv genom ardıcıllığı yaradıldı və məlumatlar “National Center for Biotechnology Information”a əlavə edildi.
Sadrettin Pençe 400 min genom ilə virusda indiyə qədər 12 min mutasiya olduğu qeyd edib. Onun sözlərinə görə, bunların bir neçəsi xəstəliyin gedişatına və ya yoluxmasına təsir edəcək səviyyədədir: “Mutasiyanın təsirli olub-olmamasına aid funksional analiz aparmaq lazımdır. Bir çox mutasiyanın xəstəliyin gedişatına təsiri yoxdur. Çox kiçik ölçülü mutasiyalardır”.