Tanınmış professor, infeksionist Mixail Bala SARS COVİD virusunun bioloji silah olmasına dair isbatedici məqamları açıqlayıb.
Medicina.az xəbər verir ki, virus yeni növ bioloji silahdır və vaxtından öncə dünyaya buraxılıb.
“Koronavirusun seçkin kateqoriya insanları öldürməsi – qocalar, xəstələr, artıq çəkili insanlar və s. onun süni yaradılmasının birbaşa sübutudur. Təbii genli heç bir virus belə ayrı seçkilik etmir.
Bu mənim fantaziyam deyil. Koronavirus bioloji silahdır. Bunu artıq kimya və biologiya, eləcə də bioloji silahlar üzrə dünyanın hörmətli mütəxəssisləri də deyib.
“Elə hesab edək ki, kiməsə planetin müəyyən təbəqə insanlarını aradan qaldırmaq lazımdır. O nə edə bilər? Birincisi bu bioloji silah həmin təbəqə insanları hətta onlar əsas ötürücü yollardan, mənbələrdən uzaq olsa da yaxalasın. BU da hava damcı yolu ilə mümkündür.
İkinci sübut xəstəliyin uzun inkubasiya dövrüdür. 7-12 gün. Belə gizli gedişat imkan verir ki, yoluxmuş şəxs uzun müddət insanları yoluxdursun və bundan xəbəri olmasın.
Amma ən vacibi virusun hüceyrəni asanlıqla keçməsidir.
Bu möhtəşəm mexanizm imkan verir ki, hüceyrə qısa müddətdə asanlıqla orqanizmin ən dərinliyinə kimi gedib çatsın
İnsanın immun sistemi də bu virusa qəribə, parodoksal reaksiya verir.
Adətən virus hüceyrəyə daxil olanda, orqanizm immun cavab verir və vəziyyəti nəzarətə alır. Koronavirusda isə əksinədir. İmmunitet yatıb, gec oyanır, əks cavab isə insanın özünə qarşı yönəlir, sitoken fırtınası baş verib, immunitet öz-özünü məhv etməyə başlayır.
Xəstənin immun cavabı nə qədər güclüdürsə, proses bir o qədər ağırlaşır, virus daxili orqanlara bir o qədər çox hücum edir.
Beləliklə, koronavirusun süni mənşəli olması göz önündədir. Uzun müddətli gizli gedişat, seçkin xəstələr, yüksək yoluxma, virulentlik.
Bunu hazırlayanlar virusları çox yaxşı öyrəniblər və insanın virusa qarşı müqavimətini əngəlləmək üçün hər şeyə əl atıblar."