Rusiyalı politoloq “KP” efirindən koronavirusu Bill Qeytsin layihəsi olan bioloji müharibə adlandırıb:
“Bill Qeyts bu məsələ ilə ciddi cəhdlə məşğul olur. Onun külli miqdar pulu var. Çox zəngin insanlar yaxşı bilir ki, insanlığın gələcəyi müharibədir. Aclıq olacaq, su çatışmayacaq. Bəs nə etməli? İnsanları qırmağa başqa cür ürəkləri gəlmədi.
Koronaivirus yaxın gələcəkdə baş verəcək bioloji müharibənin elementidir. Onu qəsdən Yuhanda üzə çıxardılar ki, Çini hədəf alsınlar. Amma Yuhanda Amerikanın laboratoriyaları var və orada istənilən dəhşətli yoluxucu xəstəliklərin oyadıcıları hazırlanır.
Virusu Çində sızdırdılar ki, görək Çinin reaksiyası necə olacaq? Amma milyard əhalisi olan Çin tez tərpəndi, çünki orda rejim qorxunc, avtoritardır. Dərhal yayılmasının qarşısını aldı, hər yeri bağladı. Çin bu məsələdən ucuz sıyrıldı, amma Braziliya, Amerika, Hindistan bacarmadı. Ötən əsrdə baş vermiş ispanka epidemiyası da bioloji silah idi”.