Kovid virusu beyni çox zədələyir.
Medicina.az xəbər verir ki, Alsgeymer xəstəliyi ilə mübarizə Assosiasiyasının tədqiqatçıları infeksiyanın yaşlı nəslin beynini Alsgeymerdən daha şiddətli zədələdiyini deyib.
Alimlər müəyyən edib ki, kovid xəstələrində beynin koqnitiv funksiyaları aşağı düşüb, yaddaş zəifləyib, demensiya əlamətləri yaranıb.
Halbuki kovidə qədər bu insanlar beynin işinin pozulmasından şikayət etmirdilər.
Kovid əgər yaşlı insanlarda demensiya 10-15 il sonra özünü göstərəcəkdisə, onu irəli çəkir.
Risk qrupuna kovidi çox ağır keçirən, xəstəxanada və seni tənəffüs aparatında olanlar aiddir.
Beynin funksiyasını bərpa etmək çətindir, uzun vaxt alır.