Alimlər “uzunmüddətli COVID”lə bağlı yeni araşdırma aparıblar.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, san-fransiskolu tədqiqatçılar koronavirusa yoluxan bəzi xəstələrdə uzun müddət sonra belə yorğunluq, beyin dumanlanması, qan-damar və həzm problemləri kimi simptomların davam etməsinin səbəbini anlamağa çalışıblar.
Araşdırmalar göstərib ki, koronavirus insanların bədənində indiyə kimi düşünüləndən də çox qala bilir. Belə ki, təhlükəli virusun izlərinə bəzi hallarda xəstələrin qanında və toxumalarında iki ildən sonra belə rast gəlinir.
Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Maykl Pelusonun rəhbərlik etdiyi komanda koronavirusa yoluxduqdan 1 il sonra qanda, 2 il sonra isə toxumalarda COVID-19 antigenləri aşkarlayıblar. Bunlar həssaslığı yüksək olan testlər vasitəsilə aşkarlanıb.
171 şəxslə aparılan tədqiqatın məqsədi “uzunmüddətli COVİD” simptomlarını yüngülləşdirəcək antiviral dərmanlar inkişaf etdirməkdir.
Aysel