Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus "Barselona"ya 6 milyon avro ziyan vuracaq

  • 2020.03.11 00:57
  • 1518 Baxış
Koronavirus "Barselona"ya 6 milyon avro ziyan vuracaq
Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə oyunun azarkeşsiz keçirilməsi "Barselona"ya baha başa gələcək.

Medicina.az Apasport-a istinadən xəbər verir ki, boş tribunalar önündə oynamaq Kataloniya klubuna 6 milyon avro ziyan vuracaq.


Bunu İspaniya çempionunun prezidenti Xosep Bartomeu deyib. O bildirib ki, buna baxmayaraq, koronavirus epidemiyası ilə bağlı UEFA-nın matçı bağlı qapılar arxasında keçirmək qərarını dəstəkləyirlər: "Oyunu azarkeşsiz keçirmək bizə 6 milyon avro ziyan vuracaq. Təəssüf ki, bu hal bütün dünya futboluna, azarkeş marağına mənfi təsir göstərəcək. Ancaq sağlamlıq baxımından düzgün qərardır. Biz bu virusun həlli üçün birgə məsuliyyət daşımalıyıq".

Qeyd edək ki, "Barselona" - "Napoli" oyunu martın 18-də keçiriləcək. Bu komandalar arasında İtaliyada baş tutan ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.