Koronavirus hələ xəstəlik tutmamış insanların əsəb sistemi və psixikasına mənfi təsir göstərir.
Məsələ o qədər ciddidir ki, hər şey insultla bitə bilər.
Medicina.az xəbər verir ki, Rusiyanın Dövlət Duması vətəndaşlara xəbərdarlıq edib.
Koronavirusla bağlı həyəcan və təşvişverici xəbərləri oxumayın.
Rusiya psixiatrlar cəmiyyəti bildirir ki, qorxulu xəbərlərdən vətəndaşlarda təzyiq yüksələ, ürək döyüntüləri çoxala, kəskin qan dövranı pozulması baş verə bilər.
Bu əlamətlər fonunda insult belə gözlənilir.
Ona görə psixikası zəif, yüksək təzyiq və ürək xəstələri belə xəbərləri izləməsin.