COVID-19 50 yaşlı qadının ağciyərlərində buzlu şüşə sindromuna səbəb olub.
Medicina.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, rentgen 50 yaşlı qadın pasiyentə məxsusdur:
“Xanım xəstəxanaya müraciət edən zaman aparılan müayinələr nəticəsində onda COVİD-19 aşkar olunub. Dərhal ağciyərlər rentgen olunub. Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.
Müalicə üçün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına göndərilib. Artıq müalicə prosesi yekunlaşıb və xanım sağlam vəziyyətdə evinə göndərilib”.
A.Qeybulla paylaşımı etməklə koronavirusu ciddiyə almayan şəxsləri bir qədər diqqətli olmağa dəvət etdiyini deyib:
“Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam. Aidiyyəti üzrə müvafiq xəstəxanalara göndərmişik. İnsanlar bu xəstəliyi ciddiyə almadıqca, yoluxma dayandırmaq da çətinləşir. Cəmiyyət arasında sosial məsafəyə riayət edilməlidir. Tibbi maska istifadəsi yoluxma riskini azaldır”.