Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus ayın tarixləri ilə bitmir, yoluxma davam edir- Təbib rəsmisi

  • 2020.04.21 12:39
  • 8227 Baxış
Koronavirus ayın tarixləri ilə bitmir, yoluxma davam edir - Təbib rəsmisi

Yoluxma rəqəmlərində azalma bizi sevindirdiyi qədər də həyəcanlandırır. Qorxu hissi keçirirəm.

Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB şöbə müdiri Yaqut Qarayeva AzTV-nin verilişində deyib.

"Gərək bundan sonra biz bu günə qədər qazandıqlarımızı itirməyək. Bizim üçün bu, çox vacibdir. Çünki bugünkü günə biz elə-belə gəlmədik. Biz bu günə 30 yanvardan mərhələ-mərhələ, çox böyük işlər görərək gəldik. Ölkəmizin rəhbərliyi qərarları düzgün zamanda qəbul etdi. Biz birbaşa sərtləşdirmədik və karantin rejiminə keçmədik. Mərhələ-mərhələ olaraq məktəblər bağlandı, hardasa yığıncaqlar sərtləşdirildi, qadağa qoyuldu. Bu gün biz bu günə gəlmişik. Epidemiyanın yayılmasını demək olar ki, nəzarətdə saxlayırıq. Bunu nəzarətdən çıxmağa qoymamalıyıq. Ancaq bunu birdən-birə kəsmək olmaz.

Birdən- birə kəssək, biz vəziyyətin daha da pisləşməsini görə bilərik. Çünki yoluxucu xəstəlikdir. Bu gün ayın 20-dir, sabah 21-dir, bitdi deyə bir şey yoxdur. Bu, insandan insana yoluxur. 8 nəfər olsa belə demək, bu yoluxma hələ ölkəmizdə var. Bu prosesdən çox ehtiyatla çıxmalıyıq”.