Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus artıq 1 dəqiqədə yoluxdurur - Qorunmaq üçün bunları edin!

  • 2021.04.05 11:27
  • 2026 Baxış
Koronavirus artıq 1 dəqiqədə yoluxdurur -  Qorunmaq üçün bunları edin!
Son günlər koronavirus statistikasında artım müşahidə edilir.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Mustafa Necmi İlhan bununla bağlı məsləhətlər verib:

“Yoluxmaların artdığı zamanda sosial məsafəyə diqqət etmək lazımdır. Özəlliklə insanların çox olduğu ortamlarda yan-yana gəlməkdən qaçmalıyıq. Qapalı məkanlarda təmiz hava girişinə icazə verilməlidir. Ağız və burun doğru qapadılsa, tək maska yetərlidir. Amma ictimai yerlərdə, cüt maska taxmaq, oradan ayrıldıqdan sonra da üstdəki maskanı çıxarıb atmaq lazımdır. Mutant virus daha tez yoluxuculuq qabiliyyətinə malikdir. Bu səbəblə qapalı məkanlarda bir arada olunan zaman azaldılmalıdır. Eyni zamanda, insanlar vaksinasiya olunmalıdır”.

Professor Sema Kultufan Turan isə bildirib ki, mutant virus yoluxanların sayını artırır: “Bu say təəssüf ki, qapalı məkanlarda çox vaxt keçirməklə bağlıdır. Burada maska taxmaq və maskadan düzgün istifadə etmək çox önəmlidir. İzolyasiyaya alınan insanlar evdən çıxmamalıdır. Əks təqdirdə, pandemiyanın qarşısını almaq mümkün olmayacaq”.


Türk Reanimasiya Dərnəyinin Başçısı professor İsmail Ciner əlavə edib ki, mutant virusuna görə, reanimasiyada yatanların sayı artır: “Mutasiyalı virus daha çox orqanlara ziyan vurur. Xəstəxanalara 50-65 yaş arasında olan daha çox xəstə gəlir. İndi virus daha sürətlənib. Bu səbəblə də “Bir dəqiqədə yoluxdurur”, - deyə bilərəm. Ramazan ayında gərəkli tədbirlər alınacaq. Amma o zamana qədər 10 günlük müddət var. Bu müddətdə yoluxanların sayı artarsa, xaotik bir ortam yaranacaq.”