Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus analizi belə götürülür – Ağrılı prosesdir

  • 2020.04.02 16:34
  • 9310 Baxış
Koronavirus analizi belə götürülür  – Ağrılı prosesdir

Bir çox gənclər koronavirusu ciddiyə almayaraq,test və analiz olunacağına arxayındır. Hər kəs koronavirus testi etdirmək istəyir, elə bilirsiz bu, qan analizi kimidir.

Medicina.az xəbər verir ki, həkimlər yuxarı tənəffüs yollarından yaxma analizin elə də xoş hiss olmadığını, hətta ağrılı olmasını misal çəkmək məcburiyyətində qalırlar ki, insanlar məsələyə ciddi yanaşsın.

ABŞ-da çalışan Lor həkim Cessika Pek koronavirus yaxma analizinin burundan necə götürülməsi barədə əyani rəsm paylaşıb

“Baxın, pambıq necə dərinə yeridilməlidir ki, COVİD 2019 virusu üçün lazımi nümunə götürülsün. Elə bilirsi ki, bu ağrısızdır? Yaxma burun yolunun boğaza keçid hissəsindən götürülməlidir.

Məhz bu yerdə respirator viruslar toplanır. Yalnız bu dərinlikdən götürülən analiz maksimal dəqiq olur. Kimsə gəlib çöplə burnunuzu qurdalayıb gedirsə, deməli, analiz dəqiq aparılmayıb”.