Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus ağciyərlərdə xərçəngə səbəb ola bilərmi?– Məşhur cərrah

  • 2021.03.18 18:19
  • 3398 Baxış
Koronavirus ağciyərlərdə xərçəngə səbəb ola bilərmi? – Məşhur cərrah

Koronavirus infeksiyası gələcəkdə xəstələrdə ağciyər xərçənginə səbəb ola bilərmi?

Medicina.az xəbər verir ki, rusiyalı torakal cərrah Valeriy Parşin pandemiya başlayandan həqiqətən də xərçəng xəstələrinin sayının artdığını bildirib.

O,koronavirusla onkologiyanın arasındakı əlaqənin təsirindən də danışıb.

“ Koronavirus infeksiyasından sonra ağciyərlərin KT-si əvvəlkilərə nisbətən yüksəldiyindən, təsadüfən döş qəfəsi orqanlarında şişlərin aşkarlanması halları da artıb.

Amma koronavirusun ağciyərləri zədələyib, gələcəkdə şişə səbəb olacağını biz 2-3 il sonra biləcəyik. Bu pandemiyada koronavirusa yoluxmuş xəstələrin sonrakı xəstəliklərinin statistikasına əsasən bəlli olacaq. Bəli, koronavirus ağciyər toxumasını zədələyir. Bir çox insanlarda bu 50-60% olub. Amma onun şişə çevrilməsini görmək üçün azı 3 il lazımdır. Amma bu vaxta kimi pnevmoniyanın ağciyər xərçənginə səbəb olmasını təsdiqləyən olmayıb.

Əvvəlki ildə biz klinikada 1-2ci mərhələdə olan 30 xəstə əməliyyat olunurdusa, bu il bu rəqəm 60 nəfərə çatıb.

Ağciyərlərin KT olunması çox insanları ağciyər xərçənginin 4cü mərhələyə keçməsindən xilas edərək ömrünü uzatdı. Çünki əməliyyat yalnız 1-2ci mərhələdə effektivdir”.