Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus ağciyərə qalıcı zərbə vururmu? - Mütəxəssislərdən açıqlama

  • 2020.03.22 16:04
  • 4049 Baxış
Koronavirus ağciyərə qalıcı zərbə vururmu?  -  Mütəxəssislərdən açıqlama
Çinli mütəxəssislər koronavirusdan sağalan şəxslərin ağciyərlərindən götürülən nümunələri analiz ediblər.

Medicina.az xəbər verir ki, analiz nəticəsində koronavirusun ağciyərlərə qalıcı zərbə vurduğu aşkar edilib. Belə ki, mütəxəssislər virusdan sağalmış 140 şəxsin ağ ciyərindən götürülən nümunlər üzərində araşdırma aparıblar.


Analizin nəticələrinə əsasən, sağalmış insanların ağ ciyərlərində su və şüşəyəbənzər hissəciklər aşkarlanıb. Araşdırma zamanı o da bəlli olub ki, zədə qalıcıdır.

Eyni zamanda, xəstəlikdən sağalanların ağ ciyərlərinin funksiyalarının zəiflədiyi təsbit olunub.