Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva baku.ws-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. "Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz".
Xatırladaq ki, artıq tamamilə koronavirus xəstələri üçün ayrılmış Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 3 gündə növbəti rekord sayda tibbi heyətdə yoluxma baş verib.
10 gün öncə də institutda 7-ə yaxın əməkdaşın yoluxması barədə məlumat vermişdik.
Medicina.az əldə etdiyi məlumata görə, son 3 gündə İnstitutun aşağıdakı əməkdaşları koronavirusa yoluxub və onlar elə həmin institutda müalicəyə alınıblar. Bir çoxları hətta xəstə ola-ola işinə davam edib.
Siyahıda Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva. Kərimova Jalə, Fazilə, Səba, Aygün, Pərvanə, Şəlalə adlı tibb bacısı və müxtəlif qrupdan texniki işçilərin adları var.
Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb. Onun anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir.