Koronavirusla bağlı mütəxəssislər hər dəfə fərqli açıqlamalar bildirməyə davam edir.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis, infeksionist Maykl Osterholm isə COVID-19 virusunun 6 aya qədər davam edəcəyini iddia edib.
"Bu xəstəliyin önümüzdəki aylarda da davam edəcəyini gözləyirəm" deyə Osterholm bildirib.
Osterholm, 55 yaşdan yuxarı və xroniki xəstəlikləri olan insanlardan daha diqqətli olmaq tələb olunduğunu bildirib.
" Korona virusu ilə mübarizə çətin olacaq, amma inanıram ki, bacaracağıq. COVID-19-un bioloji bir silah olduğunu düşünmürəm. Çox güman ki, bu virus elə heyvandan insanlara öyoluxub. Bu heyvanın Panqolin olduğunu düşünürəm. Panqolinlərdə korona virusları volur.”
Məşhur mütəxəssis peyvənd üçün biraz daha gözləmək lazım gəldiyini bildirib.