Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus 30 ildir yaddaşını itirən kişini sağaltdı – Ailəsini xatırladı

  • 2020.03.19 15:37
  • 1890 Baxış
Koronavirus 30 ildir yaddaşını itirən kişini sağaltdı  – Ailəsini  xatırladı

Çinli miqrant 30 ildir ki, dərin amneziyadan əziyyət çəkirdi və hardan olduğunu, ailəsini xatırlamırdı.

Medicina.az xəbər verir ki, 1990-cı ildə Çju Çzyamin adlı kişi öz olduğu əyalətdən çıxaraq, Hubey əyalətinə tikintidə fəhlə işləməyə gedib.

İşdə başından ağır travma alan kişi yaddaşını itirir. Bu hadisədən öncə öz sənədlərini də itirmiş kişi xəstəxanadan çıxıb küçələrdə qalır və onu bir ailə himayəsinə götürür.

Kişi nə qədər ailəsini, keçmişini xatırlamaq istəsə də cəhdləri əbəs idi.

Fevral ayında kişi televiziyada koronavirusla bağlı xəbərlərə baxanda öz doğulub yaşadığı şəhər barədə süjeti görən kimi yaddaşının bəzi fraqmentləri bərpa olmağa başlayıb. O dərhal polisə müraciət edərək, yaşadığı yer barədə məlumat verir. Kişinin ailəsi tapılır və o tezliklə evinə qayıdacaq.

Məlum olub ki, Czyaminin atası 18 il əvvəl ölüb. 82 yaşlı anası isə sağdır və o oğlu ilə videögörüntülü danışa bilib:
“Mən bilirdim ki, sən sağsan. Amma elə bilirdim, daha səni görməyəcəm” – deyə ana ağlayıb.
Kişi uzun illərdir xəbərsiz itkin kimi qeydə alınıbmış. İndi onun yeni sənədləri hazırlanır.