Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronaviruslu qadın xəstəxanadan qaçdı – Polis axtarır

  • 2020.02.06 17:06
  • 3202 Baxış
Koronaviruslu qadın xəstəxanadan qaçdı –  Polis axtarır
Koronavirus şübhəli qadın xəstəxananın infeksion şöbəsində analizləri götürüldükdən sonra qaçıb.

Medicina.az xəbər verir ki, hadisə Avstriyada baş verib.

31 yaşlı qadın həkimləri aldadaraq xəstəxanadan qaçıb, bu barədə polisə məlumat verilib.

Pasiyent xəstəxanaya 5 fevralda öskürək və tənəffüs problemi ilə çatdırılıb. O, 1 həftə əvvəl Tayvandan ölkəsinə qayıdıb.
Polis qadını evinin yaxınlığında qonşusugildə tapıb. Analizlərin cavabı sabah məlum olacaq.

Həkimlər qadını xəstəxanada müalicəyə cəlb etmək üçün ciddi tədbirlər görməli olacaq.