Rusiyada ötən 24 saat ərzində koronavirusdan ölənlərin sayı 1002 nəfər artaraq 222 315 nəfərə çatıb.
Medicina.az TASS-a istinadən xəbər verir ki, bu, adıçəkilən ölkədə gündəlik ölüm sayında rekord sayılır.
Həmçinin ötən gün ərzində qonşu ölkədə koronavirusa yoluxanların sayı daha 33 208 nəfər artaraq 7 958 384 nəfərə çatıb.