Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronadan sonra uşaqlar arasında iltihab xəstəlikləri artır

  • 2020.04.27 18:12
  • 1658 Baxış
Koronadan sonra uşaqlar arasında iltihab xəstəlikləri artır

Çinin Uhan şəhərində meydana gələn koronavirus bütün dünyada təsirini davam etdirir.

Medicina.az xəbər verir ki, İngiltərədəki epidemiya ilə əlaqədar uşaqlar arasında yayılmağa başlanan bir çox bədən nahiyəsində iltihabı halları böyük narahatlıq doğurub.

Epidemiyanın ən çox təsir olduğu ölkələrdən biri İngiltərədəki Milli Səhiyyə Sistemindən (NHS)bununla bağlı açıqlama verib.

Covid-19 səbəbiylə uşaqlar arasında yayılan qızdırma ilə əlaqəli sindromlar artıb. Son 3 həftədəki diqqətəlayiq artım, xüsusilə Londonda, reanimasiyada müalicə tələb edir.Uşaqlarda bu hallarda şiddətli qarın ağrısı, həzm sistemində problemlər, dil və dəri döküntüsü, şişkinlik və nəfəs almaqda çətinliklər kimi simptomlari baş verir.