Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronadan sonra 4 ağır xəstəlik

  • 2021.04.13 11:15
  • 2554 Baxış
Koronadan sonra 4 ağır xəstəlik
Mütəxəssislər koronavirus pandemiyasından sonra 4 xəstəliyin daha da yayılacağını bildiriblər.

Medicina.az xəbər verir ki, araşdırmaya görə, koronavirus keçirən insanlarda ağciyər, böyrək, qaraciyər zədələnməsi və şəkər xəstəliklərinə rast gəlinir.

Türkiyəli professor Alper Şener son günlərdə artan koronavirus statistikası haqqında danışıb:



“Tam qapanma olmasa yoluxma sayında artım davam edəcək. Rəqəmlər artdıqca bu müddətdə ölümlər, xəstəxanada yatış halları da artacaq. Artıq xəstəliyi keçirənlərdə ağciyər, böyrək, qaraciyər zədələnməsi və şəkər xəstəliklərinə daha çox rast gəlirik. Bu cür xroniki xəstəliklər tibbdə yük yaradacaq. Ona görə də hər kəs vaksinasiya olunmalıdır”.