Koronadan ölüm halları niyə artıb? - Həkim açıqlayır - VİDEO
Koronadan ölüm halları niyə artıb? - Həkim açıqlayır - VİDEO
2021.08.17 13:49
1677 Baxış
“Artıq koronavirusa yoluxan bəzi xəstələr üç günə reanimasiyada müalicə almağa məcbur olur”.
Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Kamran Süleymanov deyib.
O bildirib ki, əvvəllər bu hal 14 gün ərzində edilirdi:
“Koronavirusa yoluxanların sayı artdıqca, ölüm sayı da artır. Əvvəlki ştamlarla müqayisədə son ştamlarda kliniki gedişlər fərqli olur. Artıq xəstəlik daha sürətlə irəliləyir. Məsələn, xəstə yoluxur və üç gün ərzində reanimasiyada intensiv terapiya almağa məcbur olur. Halbuki digər ştamlarda biz bu halı 5-6, hətta pandemiyanın başladığı ilk günlərdə 10-14 gün sonra müşahidə edirdik. Hazırda bu kliniki durumlar özünü tez büruzə verir və xəstəlik daha tez ağırlaşır.
Ölüm hallarının artmasının digər bir səbəbi də xəstələrin xəstəxanaya gec müraciət etməsidir. Bəzən xəstələr 10-15 gün təngnəfəslik, boğulma hiss edirlər, amma xəstəxanaya müraciət etməkdən çəkinirlər və gecikmiş formada gəlirlər. Belə xəstələrə çox təəssüflər olsun ki, müdaxilə etmək olmur. Buna görə də ölüm halları artmış olur”.